Əsas Səhifə > Güney Press > Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm


1-10-2024, 16:23
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm
Ermənistan hökuməti ölkə ərazisindən insanların, nəqliyyat vasitələrinin və malların sərbəst, təhlükəsiz hərəkətinə tam zəmanət verir.

diaaz.space Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.

O, İrəvanın üçüncü qüvvələrin dəhlizə nəzarətinə icazə verməyə razı olmadığını bildirib:

“Ermənistanın haradasa, hansısa sənəddə öz ərazisinin infrastrukturunun təhlükəsizliyini üçüncü dövlətlərin təmin etməsinə razılıq verdiyinə dair iddialar reallığın təhrifidir. Bunlar həqiqəti əks etdirmir. Ermənistan ərazisindən təhlükəsiz daşınmaya özü zəmanət verir”.

Geri qayıt