Əsas Səhifə > Güney Press > Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi1-10-2024, 15:45 |
Bu sirr deyil ki, erməni kilsəsi Qarabağ məsələsində xüsusi rol oynayıb. Tribunainfo.az xəbər verir ki, Eçmiəzdində əyləşən qara paltarlı “qarğa”lar mütımadi olaraq prosesi qızışdırmaqla yanaşı, həm də zəruri hallarda silah götürərək, Azərbaycana qarşı döyüşüblər. Qeyd edək ki, son zamanlar keşiş Baqratın simasında siyasi arenaya daxil olan erməni kilsəsi, ondan nəticə ala bilməyəcəyinin fərqinə vararaq, birbaşa özləri prosdesə müdaxilə etməyə çalışırlar. Hərçənd Ermənistanın baş naziri Nikol Paşinyan erməni kilsəsini “erməni xalqının fəalkəti” kimi qəbul edir. Elə son zamanlar kilsəyə qarşı atılan addımlar da təsdiq edir ki, Paşinayn və komandası “qara qarğa”lara siyasi arenada imkan vermək fikrində deyillər. JAMAZ.İNFO bildirir ki, dünən erməni apastol kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregin Qarabağla bağlı açıqlama verib. O deyib ki, guya, Azərbaycan Qarabağda “sinayət” törədin.“Hörmətli Qarabağ erməniləri, Qarabağ cinayəti təkcə sizə qarşı deyil, həm də bütün xalqımıza qarşı törədilib”. Nəzərinəz çatdıraq ki, kilsəinin mərhələli şəkildə Qarabağ məsələsinə qarışması mahiyyət etibarı ilə erməni xalqı üçün yeni faciələrə səbəb olacaq. Zaman içində başlarına kilsə tərəfindənb hörülmüş corabı çıxara bilməyən erməni cəmiyyəti, bu dəfə də “qara qarğa”ların sözünə qulaq asarsa, yeni faciələrdən qaça bilməyəcəklər. Geri qayıt |