Əsas Səhifə > Güney Press > “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb”

“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb”


Bu gün, 18:56
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb”
“Növbəti addım Ermənistanın statusu ilə bağlı gözləntilərin aşağı salınmasıdır. Qarabağla bağlı “barı aşağı salmaq lazımdır” deyəndə bu aydın görünürdü”. JAMAZ.İNFO bildirir ki, bu sözlər politoloq Benyamin Matevosyana məxsusdur.

O iddia edib ki, Qarabağ məsələsində Fransa prezidenti Emmanuel Makronun simasında rəsmi Paris də mühüm rol oynayıb. Onun sözlərinə görə, Makrona Qarabağ lazım deyil və onun üçün bu, sonuncu dərəcəli məsələdir. “Ümumiyyətlə, Makron Ermənistana münasibətini hələ 2023-cü ildə bildirərək, Ermənistan dövlətinə Rusiya ilə Avropa arasında “bufer” kimi baxdığını bəyan etmişdi”.

Geri qayıt