Əsas Səhifə > Güney Press > Sulduzda türkcə kitablar paylandı

Sulduzda türkcə kitablar paylandı


Bu gün, 15:00
Sulduzda türkcə kitablar paylandı
Mədəni fəallar sentyabrın 30-da Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərində uşaqlara Azərbaycan türkcəsində kitablar paylayıblar.

Kult.az xəbər verir ki, bu barədə sosial media platformalarında paylaşım edilib.

Bildirilib ki, bir sıra yerlərdə polis qüvvələrinin buna mane olmağa çalışmaları valideynlərin etirazları ilə qarşılaşıb.

Qeyd edək ki, hər il yeni təhsil ilinin başlaması ərəfəsində mədəni fəallar Güney Azərbaycan şəhərlərində uşaqlara Azərbaycan türkcəsində nəşr olunan kitablar paylayırlar.

Fəallar bu vasitə ilə uşaqların ana dillərində yazlı mətnlərlə tanış olmalarına çalışır, hakimiyyətin qeyri-fars dillərə qarşı tətbiq etdiyi təhsil qadağasına etiraz edirlər.

Geri qayıt