Əsas Səhifə > Güney Press > Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu

Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu


2-10-2024, 00:05
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu
Ədliyyə Nazirliyi iki tenderə yekun vurub.

diaaz.space xəbər verir ki, hər iki tenderi “Evrodizayn” QSC udub.

Belə ki, şirkət nazirliyin “Cəzaların icrasına elektron nəzarət "Attenti" və "Şans" elektron monitorinq proqram məhsullarının, informasiya-kommunikasiya avadanlığının və şəbəkə infrastrukturunun 2024-cü ildə saxlanılması və inkişafı, ona texniki dəstəyin göstərilməsi” tenderindən 3 631 923 manat qazanıb.

İkinci tender olan “Yeni elektron nəzarət vasitələrinin alınması” tenderi isə şirkətə 1 232 400 manat qazanc gətirib.

Ümumilikdə şirkət iki tenderdən toplamda 4 864 323 manat qazanıb.

Geri qayıt