Əsas Səhifə > Güney Press > Hacı Əbdül “qızılbarmaq” Fatma haqqında

Hacı Əbdül “qızılbarmaq” Fatma haqqında


7-04-2014, 09:01
Hacı Əbdül “qızılbarmaq” Fatma haqqında
Medianews.az saytının yazdığına görə, bu günlərdə sovet dövrünün “qızılbarmaq” ləqəbli məşhur oğrusu Fatma Əliyeva MDB-nin “Mir” dövlətlərarası telekanalına müsahibə verib. Ən varlı, vəzifəli adamlardan oğurluq etməyi bacaran “adlı-sanlı” cinayətkarın hazırda “bomj” həyatı sürdüyü bəlli olub. 40 ilə yaxın SSRİ-nin müxtəlif həbsxanalarında dustaq olmuş “Qızılbarmaq” aprelin 5-də 70 yaşını borca aldığı çörək, ət, duzl və siqaretə qeyd edib…

Bu arada keçmiş SSRİ lideri Qorbaçovun “yenidənqurma” “alkoqolizmlə mübarizə” dövründən fəaliyyətə başlamış məşhur “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdüllə söhbətimiz zamanı məlum oldu ki, o, vaxtilə digər cinayətkarlar kimi “qızılbarmaq” Fatmanı da islah etməyə çalışıb. “Tövbə” sədri Fatmanın cavanlığını belə xatırladı:

“Səhv etmirəmsə, 1980-ci illərin sonlarında - “Tövbə” Cəmiyyəti yeni yaranan vaxtlarda biz Fatmanı da islah etməyə çalışdıq. Mən onunla xeyli söhbət etdikdən sonra o, bir müddət oğurluqla məşğul olmurdu. Amma sonra onu keçmiş dostları zorla cibgirliyə aparırdılar, zorla... Çünki Fatma o, işin sənətkarıydı, onsuz işləri keçmirdi...”

Geri qayıt