Əsas Səhifə > Güney Press > Xeyir mənşəcə yalandır!

Xeyir mənşəcə yalandır!


Bu gün, 09:14
Xeyir mənşəcə yalandır!
Şər güclünün zəifi əzməsi aktı kimi üzə çıxır. Güclü zəifi əzmədiyi, parçalamadığı müddətcə şər yoxdur.
Güclünün zəifi parçalaması təbiət qanunudur və həyatı qoruyan yeganə həqiqətdir.
Deməli, şər güclünün də əlacsızlığıdır!
Xeyir bu təbii düzənə qarşı çıxmaq cəhdidir! Təbiətdən ayrılmış insanın yaradıcılığıdır. Xeyir zəifə imtiyaz tanıyan, yalnız insan mühitində keçərli olan qondarma bir həqiqətdir.
Xeyir mənşəcə yalandır!
Xeyirin təbii əsası yoxdur. Varlığı tanrı yaradıbsa, Xeyirin ilahi əsası da yoxdur. "Qara dəlik" özündən balacaları, gücsüzləri udur.
Şər təbii, ilahi həqiqət olduğu üçün onu məqsədlərə görə dəyişdirə bilmərik, zəlzələni uçurmaq istədiyimiz köhnə binaya yönləndirə bilmədiyimiz kimi.
Xeyirin müəllifi insan olduğu üçün onu məqsədlərə görə dəyişə, hətta ondan başqa bir şər yarada bilərik.
İnsanlığın şər sifəti, əslində, məqsədimizə uyğun şəklini dəyişdirdiyimiz xeyirlərimizdir.

Aqşin YENİSEY - Dia-az.Media

Geri qayıt