Əsas Səhifə > Güney Press > Kibercinayətkarlar BİZİ BELƏ SOYUR...

Kibercinayətkarlar BİZİ BELƏ SOYUR...


Bu gün, 07:22
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR...
Kibercinayətkarların sayı gündən-günə artır. Belə ki, kibercinayətkarların yeni hiyləsi vətəndaşların sosial media hesablarını oğurlayaraq yaxınlarına mesajlar yazıb, onların adından pul istəməkdir. Bəs görəsən niyə bu kibercinayətləri törədən şəxslər tapılmır?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən İT eksperti Fərhad Mirəliyev bildirib ki, kibercinayətkarların tapılmamasının əsas səbəbi onların bu işləri xaricdən idarə etməsidir:

"Bu məsələnin həlli konkret addımlarla həll olunmur. Kibercinayətkarların tapılmamasının əsas səbəbi onların bu işləri xaricdən idarə etməsidir. Tətbiq edilən dələduzluq üsulları çox mürəkkəb sxemlərə və kombinasiyalara əsaslanır. Hər bir dələduzluq üsulunun 90 fazi mürəkkəb sxemlər əsasında əvvəlcədən planlaşdırılır. Burada iki əsas məqsəd var. Birincisi ondan ibarətdir ki, talanan pulları geri qaytarmaq mümkün olmasın, ikincisi isə bu cinayətləri törədən şəxslər aşkar edilməsin.

Zənglərdə istifadə olunan nömrələr saxtadır. Yəni həmin nömrələrə geri zəng edəndə operatorlar həmin nömrənin təyin olunmadığını bildirilir. Bu cinayətlərin digər əsas vasitəsi süni intellektdir. Belə ki, süni intellekt vasitəsi ilə bizə doğmalarımızın səsindən istifadə edərək zənglər gəlir, pullar tələb olunur.

Talanan pulları birbaşa hər hansı bir bank hesabına oturmur. Qurban seçilmiş şəxsdən əlavə və bir neçə şəxs bu pulun transferində iştirak edir. Sonda pullar kriptovalyuta hesablarına yönləndirilir və onları tapmaq mümkün olmur. Buna görə də vətəndaşlara məsləhətimiz olduqca diqqətli olmaları və kibercinayətkarlara aldanmamalarıdır".
Geri qayıt