Əsas Səhifə > Güney Press > “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək”

“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək”


Bu gün, 19:00
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək”
“Vaşinqton Ermənistan-Azərbaycan münaqişəsinə qarışmaq istəyir. Çünki Rusiya son vaxtlar çox fəaldır. Ona görə də Vaşinqton öz rolunu itirmək istəmir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi erməni ekspert Armine Adibekyandır.

Onun sözlərinə görə, proses artıq yekunlaşmaq üzrədir. “Biz Azərbaycanın nə tələb etdiyini bilirik. Amma erməni tərəfinin nə ilə razılaşdığını və ya razılaşmadığını bilmirik. Ermənistan müqaviləsiz bütün tələbləri yerinə yetirir. Göycə gölünün müştərək istifadəyə veriləcəyi, Ermənistan-Azərbaycan sərhədinin Göycənin ortasından keçəcəyi artıq dəqiqdir”.

Adibekyan deyib ki, Ermənistanın heç bir halda Zəngəzur dəhlizlə ilə əlaqəsi olmayacaq. “Nə iqtisadi, nə hüquqi, nə maliyyə, nə də nəzarət. Ermənistan ərazisindən xarici dəhliz keçəcək və Ermənistan həmin yoldan istifadə edib-etməmək üçün pul ödəməli olacaq. Dəhlizin cənubundakı ərazilər Ermənistanın yurisdiksiyasından çıxacaq”.

Geri qayıt