Əsas Səhifə > Güney Press > “Türkiyə bizim düşmənimiz deyil”

“Türkiyə bizim düşmənimiz deyil”


Bu gün, 17:00
“Türkiyə bizim düşmənimiz deyil”
Ermənistanın baş naziri Nikol Paşinyanın Nyu Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib ərdoğanla görüşməsi və ondan kitab hədiyyə alması İrəvanda ciddi etirazlarla qarşılanıb. JAMAZ.İNFO xəbər verir ki, bu hadisə yerli media və müxalifət tərəfindən “Ermənistanın Türkiyəyə satılması” kimi təqdim edilir.

Hakim “Mülki Müqavilə” Partiyasından deputat olan Qaqik Melkonyan isə bu fikirdə olanları ağılsız adlandırıb. O deyib ki, hazırkı şəraitdə Ermənistanın düşməninin kim olması məlum deyil. “Siz Türkiyəni düşmən hesab edirsiz. Lakin düşmənimizin kim olduğu hələ də bəlli deyil. Deyirəm, bəlli deyil ki, bizim dostumuz kimdir, düşmən kimdir. Bütün bunlar bitəndə görəcəyik ki, kim düşmən, kim dostdur”.

Onun sözlərinə görə, Ərdoğanın Paşinyana hədiyyə verməsi qeyri-adi məsələ deyil. “Mən də onun yerində olsam, getdiyim ölkədə təklif edilən hədiyyəni götürərəm”.

Geri qayıt