Əsas Səhifə > Güney Press > Vidadi İsgəndərli bıçaqlanıb, vəziyyəti ağırdır
Vidadi İsgəndərli bıçaqlanıb, vəziyyəti ağırdırBu gün, 10:05 |
Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli bıçaqlanıb. Musavat.com xəbər verir ki, bu barədə jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında yazıb. O, aşağıdakıları bildirib: "Fransada, Mülyuz (Mulhouse) şəhərində yaşayan Vidadi İsgəndərli bu gün səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 7:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar. V. İsgəndərli indi reanimasiyadadır, durumu ağır olaraq qiymətləndirilir”. Geri qayıt |