Əsas Səhifə > Güney Press > Azyaşlı uşaqlara şiddət tətbiq edənləri

Azyaşlı uşaqlara şiddət tətbiq edənləri


Bu gün, 13:56
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri
Göygöldə iki yaşlı uşaq atalığı tərəfindən şiddətli şəkildə döyülüb. İçkili halda olan ögey ata uşağı ölümcül hala salmaqla yanaşı bədənində müxtəlif bədən xəsarətləri yetirib. Bəs görəsən azyaşlılara bu şəkildə xəsarət yetirən insanları hansı cəza gözləyir?

Mövzu ilə bağlı Moderator.az-a danışan Vəkillər Kollegiyasının üzvü vəkil Emil Aslanov bildirdi ki, azyaşlı uşaqlara şiddətin müxtəlif cəza tipləri var:

“Uşağın üzərində olan xəsarətlər ekspertiza tərəfindən müəyyən ediləcək. Xəsarətlər ağır və yüngül formada ola bilər. Dərəcəyə uyğun olaraq da məsuliyyətə dərc edilməlidir. Xəsarətin dərəcəsindən aslı olaraq cəza dəyişir. Əgər bu hadisə mütəmadi olaraq baş veribsə burda əzabvermə maddəsi ilə də cinayət məsuliyyətinə cəlb edilməlidir. Cəsarətlərin dərəcəsindən asılı olaraq cəza tətbiq edilir. Əgər yüngül xəsarətdirsə bir il, az ağırdırsa iki il situasiyalara uyğun olduqda vəziyyət dəyişir. Yetkinlik yaşına çatmayan köməksiz vəziyyətindən istifadə edib döyübsə ona uyğun cəza tətbiq edilir. Əgər ananın da uşağın xəsarət almasında iştirakçı varsa burda ananı da cəza gözləyə bilər. Ananın təzyiqi altında uşağa təzyiq yetiribsə cəza qaçılmazdır”.
Geri qayıt