Əsas Səhifə > Güney Press > "İsrail Livanda dayanmayacaq"

"İsrail Livanda dayanmayacaq"


Bu gün, 08:49
"İsrail Livanda dayanmayacaq"
Hizbullahın lideri Seyid Həsən Nəsrullah Livan və region üçün mühüm fiqur idi. Onu əvəz etmək çətin olacaq.

Dia-az.Media axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu Yorkda "TRT Haber"ə açıqlamasında deyib.

"Bizim fikrimizcə, İsrail Livanda dayanmayacaq və Qəzzadakı müharibəni daha geniş bölgəyə yayacaq. ABŞ və digər Qərb ölkələrinin laqeydliyi zorakılığın davam etməsinə imkan verir", - o bildirib.

Qeyd edək ki, İsrailin Beyruta zərbələri nəticəsində həlak olan Hizbullah lideri Həsən Nəsrullahı qohumu, Cihad Şurasının rəhbəri və təşkilatın ikinci şəxsi Seyid Haşim Səfiəddinin əvəz edəcəyi gözlənilir.
Geri qayıt