Əsas Səhifə > Güney Press > "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"

"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"


Bu gün, 17:30
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Müğənni Lətifə Soyuöz baxım sirrlərini izləyiciləri ilə bölüşüb.

Axşam.az xəbər verir ki, sənətçi gündəlik həyatında kosmetik vasitələrdən az istifadə etdiyini bildirib. Lətifə əlavə edib ki, o, hər gün səhər yuxudan oyananda və gecə yatmazdan əvvəl özünə məxsus olan brendin məhsullarını istifadə edir.

"Heç vaxt üzünüzdə makiyajla yatmayın. Gecə üzünüzü yuyub mütləq seriumlardan vurun. SPF kremləri olmadan çölə çıxmayın. Hətta günəş olmasa belə SPF tərkibli krem vurmalısınız. Təbii gözəlliyin sirri səhər-axşam üzə baxım etməkdir. "By Lati" ilə baxım edirəm. Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" deyə, Lətifə bildirib.

Formada qalma sirrlərini bölüşən ifaçı hər səhər acqarnına acı qəhvə içdiyini və idman etdiyini vurğulayıb.

Geri qayıt