Əsas Səhifə > Güney Press > Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi

Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi


Bu gün, 14:10
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi
Volodimir Zelenskinin ABŞ-nin keçmiş rəhbəri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşdəki çıxışı Ukrayna lideri üçün biabırçılıq idi.
Bu fikirlər Almaniyanın “Spiegel” jurnalında dərc olunan məqalədəndir.
“Trampla olan biabırçı çıxış, yəqin ki, Zelenskinin ABŞ-yə səfərinin aşağı nöqtəsi olub”, – nəşr yazıb.

Müəllif iddia edib ki, Tramp və Zelenski arasındakı görüş onların arasında bağların olmadığını göstərib. "Spiegel" diqqəti Trampın Rusiya prezidenti Vladimir Putinlə normal münasibətlərin qurulmasından danışarkən Zelenskinin çılğın şəkildə üz cizgilərinə nəzarət etməyə çalışmasına çəkib.

Qeyd olunub ki, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə imkan vermədiyi üçün Zelenski ABŞ-yə səfərindən konkret nəticə və nəzərəçarpacaq uğur əldə etmədən qayıdacaq. Zelenskinin "zəfər planı" deyilən layihə isə Ağ Evdə sadəcə təmkinlə qarşılanıb.

Bundan öncə "The Times" Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtondan Qərb raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə almadan qayıdacağını yazmışdı: "O, prezident Cozef Bayden və vitse-prezident Kamala Harrislə görüşləri zamanı onları uzaq mənzilli “Storm Shadow” və ya ATACMS raketləri ilə zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

AzVision.az

Geri qayıt