Əsas Səhifə > Güney Press > Ermənistan və Fələstin diplomatik əlaqələr qurur

Ermənistan və Fələstin diplomatik əlaqələr qurur


Bu gün, 12:08
Ermənistan və Fələstin diplomatik əlaqələr qurur
Ermənistanla Fələstin arasında diplomatik münasibətlərin qurulmasına dair sənəd imzalanıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müvafiq kommünike Nyu-Yorkda keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fələstinin Baş naziri Məhəmməd Mustafa tərəfindən imzalanıb.

Ermənistan iyun ayında Fələstin dövlətini tanıdığını elan edib.

Geri qayıt