Əsas Səhifə > Güney Press > Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu

Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu


Bu gün, 11:15
Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu
Rusiya Müdafiə Nazirliyinin keçmiş rəis müavini, general-polkovnik Dmitri Bulqakovun bank hesabına həbs qoyulub.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, həbs təkcə Bulqakovun başqa şəxslərdən pul köçürmələri etdiyi və pensiya aldığı bank hesabına qoyulub.

Əmlakı üzərində isə hər hansı həbs tətbiq olunmayıb.

Xatırladaq ki, 2008-2022-ci illərdə Rusiya müdafiə nazirinin keçmiş müavini vəzifəsində çalışan general-polkovnik Dmitri Bulqakov korrupsiyaya görə 2024-cü ilin iyulunda həbs edilib. Onun həbs müddətinin 25 dekabradək uzadıldığı bildirilir. Dələduzluqda günahlandırılın general barəsində istintaq davam edir.

Geri qayıt