Əsas Səhifə > Güney Press > Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb


Bu gün, 10:28
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Sentyabrın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Dia-az.Media-ya DİN-dən xəbər verilib.
Axtarışda olduğuna görə ümumilikdə 134, o cümlədən borclu şəxs qismində axtarışda olan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Geri qayıt