Əsas Səhifə > Güney Press > Azərbaycanda pensiya yaşı azaldılır?

Azərbaycanda pensiya yaşı azaldılır?


23-09-2024, 15:46
Azərbaycanda pensiya yaşı azaldılır?
2024-cü ilin avqust ayında yaşa görə pensiya alanların sayı 710 775 nəfər olub.

Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, onların 43,88 %-ni kişilər, 56,12 %-ni isə qadınlar təşkil edib.

2023-cü ilin avqust ayında yaşa görə pensiya alanların sayı 703,7 min nəfərdən çox olub. Onların 42,7 %-ni kişilər, 57,3 %-ni isə qadınlar təşkil edib.

Ötən illə müqayisədə yaşa görə pensiya alan qadınların sayı azalıb, kişilərin sayı isə artıb.

Həmçinin, ümumi say da də ötən ilə müqayisədə artıb. Hazırda Azərbaycanda pensiya yaşı demək olar, hər il artır. Son illər isə uzunömürlülük faizi aşağı düşdüyündən bir çoxları pensiya yaşına çatmadan vəfat edir.

Bu gün ölkəmizdə pensiya yaşının azaldılması ilə bağlı məsələyə yenidən baxılmalıdır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bütün kateqoriyalar üzrə pensiya alanların sayının azalması müşahidə olunur:

"Buna da təsir edən bir neçə amil var. Bu gün yaşa görə ən çox pensiya alanlar məhz qadınlardır. Qadınların pensiya yaşı hər il 6 ay uzadılır. Bu il iyulun 1-də qadınların pensiya yaşı 64 oldu, gələn il 64,5 olacaq, 2026-cı ildə isə 65 olacaq. Bu yaş həddinin artırılması həmin yaşa çatma ehtimalına görədir.

Əksəriyyət bu yaşa çatmamış dünyasını dəyişir, pensiya ala bilmir. Bu səbəb də pensiyaçıların sayını azalda bilir. Son illər xəstliklərin çoxalması, ölümün cavanlaşması yaşa görə pensiyaya təsir edir. Amma yaşa görə pensiyaya çıxmaqda başqa inzibati problem yoxdur. Yaşı tamam olan hər kəs pensiya alır.

Əvvəllər bu məsələ bir qədər çətin idi, vətəndaş inzibati problemlərlə üzləşirdi, artıq buna ehtiyac yoxdur. Amma ölüm hallarının çoxalması, pensiyaya yaşının artırılması bu məsələyə təsir edir".

Geri qayıt