Əsas Səhifə > Güney Press, Üst manşet > Müştərisi `İrşad Elektroniks`ə ÜSYAN ETDİ
Müştərisi `İrşad Elektroniks`ə ÜSYAN ETDİ23-09-2024, 09:03 |
"Bir problemim var... zəhmət olmasa mənə məsləhət verin. Çünki nə edəcəyimi bilmirəm...." Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupunda paylaşımda giley olunub. Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Bu gün 18 gündür ki, "İrşad Elektroniks"dən endirimlə 260 manata 32 ekran TCL marka televizor almışam. Mən də bu televizoru nə zülmlə almışam... bir Allah bilir... qəpik-qəpik yığıb. Bunun da 150 manatını ilkin ödəniş kimi vermişəm, geri qalanı kreditlə verəcəm. Ay "İrşad Elektroniks"... mən qəpik-qəpik pul yığmışam ki siz mənə xarab televizor satasınız?! Deməli, televizoru aldığım 10 gün idi ki gördüm ki, aşağıda qaralma var. Ekranda sağ hissədən... deməli, əvvəldən var imiş, amma görünmürmüş. Ancaq açıq rəngli videolarda görünür. Uşaq mutfiıimə baxanda gördüm. Qaralma get-gedə artdı. Bunu da açıq videolar izləyəndə bildim... yoxsa xəbərim olmazdı. Televizoru söndürüb yandıranda qaralma gedir amma... Teıevizoru aldığımın 13-cü günü idi zəng etdim ki bəs belə problem var. Çünki gördüm ki, qaraltı nə boyda artlb. Deyir, aparın servisə. Deyirəm bu nə axmaq qayda-qanundur? Mən bunu servisdən almışam?! Ağzımızı aça bilmirik, elə deyir müqavilə... Sizin müqaviləniz gözünüzə girsin. O özünüzə sərf edən müqaviləniz.... Qəpik-qəpik pul yığmışam ki, mənə xarab televizor satasınız? Servis də nə qədər uzaq. Deyirəm, bir də ora taksi ilə necə gedim? imkanım yoxdur.. Həqiqətən də manat da olsa pul yox idi ki, aparım. Deyirəm kirayədə qalan adamam,gedə bilmirəm ora. İndi qalmışam belə. Heç bilmirəm nə edim. 18 gündür alınıb... ekranın xarab olmasını 10-cu gündən bildirmişəm İrşad Elektroniks, xeyir ola? Mən o pulu siz mənə xarab teıevizor satasınız deyə vermişəm?! Mənim pulum yoxdur e yeni televizor alam..." Geri qayıt |