Əsas Səhifə > Güney Press > “Elə bilirlər ki, mən bunu istəmirəm”
“Elə bilirlər ki, mən bunu istəmirəm”21-09-2024, 10:17 |
Sosial şəbəkədə müğənnilər Tacir Şahmalıoğlu və Fədayə Laçının duetləri paylaşılıb. Əksər izləyicilər hər iki müğənninin səsinin olduğunu, lakin hələ də heç bir fəxri ada layiq görülmədiyini yazıblar. Həmin sualı müğənni Fədayə Laçına ünvanladıq. Moderator.az-a açıqlama verən müğənni bildirib ki, hər kəs elə bilir ki, fəxri adı var. “Fəxri adım yoxdur. Gərək verələr ki, ola da. Çox yerlərdə məni bilməyərəkdən “əməkdar artist” kimi təqdim edirlər. Mən də bəzən imkan olanda mikrofonla reallığı deyirəm. Tədbiri aparan şəxs də mikrofonu əlinə götürüb deyir ki, əziz qonaqlar, Fədayə xanım o qədər sadə və təvazökardır ki, istəmir, razı olmur ki, onu “əməkdar artist” kimi təqdim edək. Elə bilirlər ki, mən bunu təvazökarlığımdan istəmirəm. Təqdim etməklə deyil axı. Onlar sadəcə elə bilir” Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib. O daha sonra əlavə edib. “Bu adı verirlər də, əşya deyil ki, özümüz alaq. Artıq adam ruhdan, həvəsdən də düşür. Dövlətimiz sənətə, sənətkara hər zaman diqqət ayırıb. Ümid edirəm ki, nə vaxtsa məni də yada salacaqlar. Bununla aidiyyatı qurumlar məşğul olur. Onlar özləri mütləqdir ki, musiqini duyurlar. Bilirlər ki, kimə düşür, kimə düşmür. Heç bir yerə müraciət etməmişəm, qapı döyməmişəm. Ümumiyyətlə heç bilmirəm ki, o işlər müraciətlədir ya yox?! Mən özümü heç kimin yadına salmaram. Sənətə, səsə qiymət vermək lazımdır” deyə müğənni bildirib. Geri qayıt |