Əsas Səhifə > Güney Press, Ana xəbərlər > "Ermənistan Azərbaycanın tarixi torpaqlarının işğalında məlum böyük güclərin vasitəçisi olmuşdu"

"Ermənistan Azərbaycanın tarixi torpaqlarının işğalında məlum böyük güclərin vasitəçisi olmuşdu"


21-09-2024, 09:08
"Ermənistan Azərbaycanın tarixi torpaqlarının işğalında məlum böyük güclərin vasitəçisi olmuşdu"
“Son illər həqiqətən də çox böyük hadisələr yaşadıq. Ümumiyyətlə, Azərbaycanın müstəqilliyinin bərpası son 30 ildə çox ağır təlatümlər, itkilər, qanla-qadayla və həmçinin də böyük uğurlarla da bağlıdır. Müstəqillik dönəəmində ən böyük dərdimiz Azərbaycan ərazisinin işğalı, 1 milyona yaxın qaçqınımızın olması və torpaqlarımızın viran qalması idi. Bu həm humanitar, həm mənəvi, iqtisadi-siyasi bir ağır yük olaraq Azərbaycan xalqının və hakimiyyətinin çiynində oldu. Nəticə etibarilə, böyük bir proses yaşayaraq, peşəkar bir ordu quraraq və böyük güclərin qarşısına çıxaraq öz torpaqlarını düşməndən azad etdi”.
Bu barədə Bizimyol.info xəbər portalına tarixçi Rizvan Hüseynov danışıb. Tarixçi qeyd edib ki, Azərbaycan ərazilərinin işğalı təkcə Ermənistanın işi deyil. Çünki Ermənistan bunu bacarmaz. Ermənistan bu məsələdə icraçı rolunu oynayırdı: “Dünyanın böyük güclərinin marağı ondan ibarət idi ki, Azərbaycan əraziləri işğal altında qalsın. Azərbaycan dövləti və xalqı asılı vəziyyətdə qalsın. Böyük güclər də bunun təmin edilməsi üçün erməni işğalçılarına dəstək verirdi. Amma Azərbaycan rəhbərliyi, xalqı və ordusu faktiki olaraq 2020-ci ildə 44 günlük müharibə nəticəsində tək Ermənistana yox, bütün bu çirkin siyasətə və böyük oyunçuların siyasətinə qalib gəldi. İndi isə bu güclər yeni reallığı həzm edə bilmirlər. 44 günlük müharibə nəticəsində əldə etdiyimiz qələbəni biz bunlara 4 ildir isbat edə bilmirik”.

Tarixçi bildirib ki, baxmayaraq ki, Azərbaycan özü sülh danışıqları ideyası ilə çıxış edib, hələ də sülh bağlanmır: “Bizə heç kim deməyib ki, Ermənistanla sülh haqda danışaq. Bu, Azərbaycanın öz ideyasıdır. Təklif Azərbaycandan gəlib. Yenə də böyük güclər əlindən gələni etdi ki, sülh müqaviləsi imzalanmasın və 3 tərəfli bəyannamənin şərtləri pozulsun. Nəqliyat yolları, Zəngəzur dəhlizinin açılması və s. Qarabağ ermənilərinin canı-malı və Qarabağda yaşamaq bahasına məlum böyük ölkələr razı oldu ki, təki Azərbaycanla bu geosiyasi münaqişəni davam etdirsinlər. Nəticə etibarilə Qarabağ erməniləri qurban verildi”.

Rizvan Hüseynov qeyd edib ki, 2023‐cü ilin 19-20 sentyabrında baş tutan lokal antiterror əməliyyatında bütün məsələlər həll edildi: “44 günlük müharibəsindən sonra 1 günlük lokal antiterror əməliyyatı yalnız Qərbin deyil, bir qrup təxribatçı ölkənin planlarını darmadağın etdi. Bundan sonra Azərbaycan yeni dönəmə ayaq basdı və ərazi bütövlüyünü təmin edib, işğalçını qovdu. Yeni geosiyasi reallıq yaradıldı”-deyən Rizvan Hüseynov vurğulayıb ki, Azərbaycan bu yeni yaranan geosiyasi reallığı qorumalı, inkişaf etdirməlidir.

“Türkiyə və partnyor olan ölkələrlə mövcud yeni geosiyasi reallığı qorumaq və inkişaf etdirmək, qarşıdakı tarixi mərhələdə əsas vacib şərtlərdən biri olaraq qalacaq”-deyə tarixçi əlavə edib.

Geri qayıt