Əsas Səhifə > Güney Press > Kişini lüt fotoları ilə şantaj edən qadınla bağlı qərar verildi

Kişini lüt fotoları ilə şantaj edən qadınla bağlı qərar verildi


20-09-2024, 08:28
Kişini lüt fotoları ilə şantaj edən qadınla bağlı qərar verildi
Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə tərqsirlədirilən E.Hüseynzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 10 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində Salyan şəhərində qeydə alınıb.

Belə ki, E.Hüseynzadə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmə cinayət əməlini törədib. İstintaq orqanının gəldiyi nəticəyə görə, o, hadisə günü yaşadığı ünvanda olarkən tanışı Salyan şəhər sakini, zərərçəkmiş Malik Yusifov (ad, soyadı şərti) öz evindəki hamam otağında duş qəbul etdiyi zaman “WhatsApp” vasitəsilə zəng edib görüntülü telefonla danışıb. Bu zaman zərərçəkmiş şəxs də çılpaq vəziyyətdə olub. Qadın bundan istifadə edərək kişinin pulunu hədə-qorxu ilə tələb edib ələ keçirmək qərarına gəlib.

Sonra E.Hüseynzadə Malikin fotoşəkilini telefonun fotokamerası vasitəsilə çəkib “WhatsApp”la zərərçəkmiş şəxsin telefonuna göndərib. O, həmin fotoşəkilləri internet sosial şəbəkəsində yayaraq rüsvay edəcəyi barədə Malikə hədə-qorxu gəlib, bunu etməmək müqabilində 350 manat pul tələb edib. Daha sonra Malik ödəmə terminalı vasitəsilə qadının bank kartının hesabına ümumilikdə 350 manat pul köçürüb.

Hadisədən sonra Malik hüquq-mühafizə orqanlarına müraciət edib və E.Hüseynzadə saxlanılıb.

Salyan Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib.

Geri qayıt