Əsas Səhifə > Güney Press > Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib


20-09-2024, 08:03
Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib
Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA”
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri,
Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən çoxmərtəbəli
binaları əhatə edən, 1100-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq
sakinlərin istifadəsinə verilib. Tədbir çərçivəsində Leyla Əliyeva “IDEA”
könüllüləri ilə birlikdə keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib,
həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim edib.
“Bizim həyət” layihəsinin çərçivəsində yenidən qurulmuş növbəti
həyətdə digər abadlaşdırılmış ərazilərdə olduğu kimi sağlamlıq imkanları
məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə
uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə
vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə
ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman
qurğuları, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, həyətyanı
sahədə beş söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri
quraşdırılıb. Bundan əlavə, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə
kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt
və dam örtüyü, elektrik xətləri yenilənib. Həyətin ərazisindəki mövcud
yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərək
yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın
çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər
sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.
Məlumat üçün bildirək ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən “Bizim həyət” layihəsi
icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji
cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət
mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam
şəraitinin yaradılmasıdır. “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 153
ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, “IDEA” İctimai Birliyi həyətlərin abadlaşdırılması və
yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və
müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi “IDEA”
İctimai Birliyinin qaynar xətti “1113” və ya e-mail ünvanına
([email protected]) göndərməyiniz xahiş olunur.

Dia-az.İnfo

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib
Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib
Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib
Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib

Geri qayıt