Əsas Səhifə > Güney Press / Ana xəbər > Krım 2-ci Əfqanıstan, ya da Suriya ola bilər
Krım 2-ci Əfqanıstan, ya da Suriya ola bilər4-04-2014, 12:02 |
![]() “Krım ikinci Əfqanıstan, yaxud Suriya ola bilər. Əgər münaqişə başlasa, müxtəlif ölkələrdən müsəlmanlar buraya gəlib döyüşəcəklər…”. Bu xəbərdarlığı “Hizbut-təhrir” partiyasının nümayəndəsi Fazil Həmzəyev deyir. “Hizbut-təhrir” terrorçu təşkilat kimi Rusiyada qadağan olunsa da, Ukraynada nümayəndəliyi, Krımda isə hücrələri fəaliyyət göstərir. “Ruslar bizim torpağımızı işğal ediblər. Ona görə də biz döyüşməyə hazırıq”, - deyə zahirən sələfi nümayəndəsinə bənzəyən 23 yaşlı Alim deyir…”. Bu məlumatlar “Panorama” qəzetində dərc olunb. Vəhhabilərin fəallaşmasını iddia edən nəşr Krım tatarlarının mötədil lideri Rəfat Çubarovun da fikirlərinə yer verir: “Biz yarım əsr sürgündə yaşamışıq. İndi isə cavanlar yenidən əldə etdiyimiz vətənimizin təhlükə altında olduğunu hiss edirlər. Ancaq sələfilər azdır və onların hərbi əməliyyatlara başlaya biləcəyinə inanmıram”. Bəzi mənbələrin məlumatına görə, 100-ə yaxın krım tatarı Suriyaya döyüşə yollanıb. Onlar “Əl-Qaidə” meyilli “Ceyş əl-Muhacirin vəl-ənsər” terrorçu qrupunda döyüşürlər. Həmin qrupda “2 nömrəli adam” isə krımlı mücahid Əbdəl Kərim Krımskidir. Qəribə olsa da, Ukraynanın ultramillətçi “Sağ sektor” təşkilatının xristian üzvləri deyirlər ki, tatarlar onların yaxın müttəfiqidirlər və onlar silahlıdırlar… Hadisələrin təhlükəli inkişafının qarşısını almaq üçün liberal tatar lideri Rəfat Çubarov Avropa İttifaqından Krıma 250-300 müşahidəçi göndərməyi xahiş edir. Geri qayıt |