Əsas Səhifə > Güney Press / Ana xəbər > Lerikin icra başçısı postuna kimlər iddialıdır - Kim gətirilir?

Lerikin icra başçısı postuna kimlər iddialıdır - Kim gətirilir?


4-04-2014, 11:32
Lerikin icra başçısı postuna kimlər iddialıdır - Kim gətirilir?
Yaxın zamanlarda icra başçılarının yerlərini dəyişmək üçün konkret addımların atılacağı gözlənilir. Həmin sırada Lerik rayon icra başçısı Rövşən Bağırovun da ya dəyişdiriləcəyi, ya da başqa bir rayona göndəriləcəyi gözlənilir.

JAM.AZ-a daxil olan məlumata görə, Lerikə təyin olunacaq yeni icra başçısının adı üzə çıxıb. Həmin məlumatda iddia edilir ki, ucqar dağ rayonunun yeni başçısı qapdın olacaq və o, Lənkəran şəhər təhsil şöbəsinin müdiri Şahanə Əhmədovadır.

Redaksiyamızın elektron ünvanına daxil olan məlumatlarda vurğulanır ki, Şahanə Əhmədova bu məqsədinə çatmaq üçün 300 min manat pul da verib. Amma həmin pulu kimə verdiyi barədə heç bir məlumat mövcud deyil.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt