Əsas Səhifə > Güney Press > Rayon rəhbəri Həcc ziyarətindən qayıdan şəhid anasını ziyarət etdi
Rayon rəhbəri Həcc ziyarətindən qayıdan şəhid anasını ziyarət etdi18-09-2024, 16:49 |
44 günlük Vətən müharibəsi şəhidi Məmmədli Tural Aqil oğlunun anası Güldanə Məmmədova Səudiyyə Ərəbistanından Həcc ziyarətindən qayıdıb. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov və şəhid ailələri ilə birlikdə şəhid anasını ziyarət edib. Süfrə arxasında Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi anılıb. Rayon rəhbəri şəhid anasına oğlunun şəhadətə qovuşması ilə bağlı başsağlığı verərək, ona rəhmət diləyib və ailəsinə Tural kimi igid bir oğul böyütdüyü üçün minnətdarlığını bildirib. Qeyd edək ki, Məmədəli Tural Aqil oğlu 1998-ci il martın 22-də Tərtər rayonunun Bəyimsarov kəndində doğulub, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu kimi Vətən müharibəsində iştirak edib, oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun nəşi neytral zonada olduğu üçün çətinliklə tapılıb və noyabr ayının 4-də doğulduğu Bəyimsarov kəndində dəfn olunub. Şəhid Məmmədli Tural Aqil oğlu ölümündən sonra Aəzrbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tural kimi oğulların keçdiyi döyüş yolunun, onların qısa, ancaq şərəfli ömür yolunun gənclərimizə bir örnək olduğunu bildirərək, onun xatirəsinin daim qəlblərdə yaşayacağını deyib, anaya uzun ömür, can sağlığı, dözüm və dəyanət arzulayıb. Şəhid anası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildirib. Dia-az.İnfo Geri qayıt |