Əsas Səhifə > Güney Press > Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib
Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib18-09-2024, 13:29 |
KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın "KTMT Ermənistanın suverenliyi üçün təhlükədir" bəyanatına münasibət bildirərkən deyib. O, Moskvanın Paşinyanla qəti şəkildə razılaşmadığını söyləyib. Qeyd edib ki, KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur. "Rusiya Ermənistanla təmasları davam etdirir və davam etdirəcək. Ermənistan yaxın tərəfdaşdır", - deyə Kremlin sözçüsü əlavə edib. Geri qayıt |