Əsas Səhifə > Güney Press > MİDA-nın xalis mənfəəti azalıb

MİDA-nın xalis mənfəəti azalıb


17-09-2024, 18:04
MİDA-nın xalis mənfəəti azalıb
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.

FED.az xəbər verir ki, agentliyinin maliyyə gəlirləri 11 milyon 512 min manata bərabər olub. Bu əvvəlki ilə nisbətən 663 min manat və ya 6,1% çoxdur.
Dövlət yardımı üzrə məbləğin həcmi 413 min manat və ya 11,2% artaraq 4 milyon 105 min manata yüksəlib.

Ümumi və inzibati xərclər 415,3 min manat təşkil edib.

2022-ci ildə maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri olmasa da 2023-cü ildə 1 milyon 671 min manata bərabər olub.

Agentlik əməliyyat zərərinin son bir ildə 93 min manat və ya 2,5% azaldaraq 3 milyon 688 min manata endirib.

Diskontoun amortizasiyası üzrə gəlirləri 809 min manat, başqa sözlə 31,3% azalaraq 1 milyon 777 min manata düşüb.

"MİDA" MMC il üzrə 9 milyon 600 min manat mənfəət əldə edib. 1 milyon 499 min manat mənfəət vergisi ödənişindən sonra 2023-cü ili 8 milyon 101 min manat xalis mənfəətlə başa verib. İllik müqayisədə ümumi mənfəət vergisi ödəmələri 8 min manat (1%) artıb, ümumi mənfəət 54 min manat (0,6%), xalis mənfəət isə 72 min manat, başqa sözlə 0,9% azalıb.

Mənzil İnşaatı Dövlət Agentliyi ötən il 451 milyon 75 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 85 milyon 638 min manat və ya 16% azalıb.

Öhdəliklər isə 23 milyon 542 min manat və ya 41% azalaraq 34 milyon 54 min manata düşüb.

Balans kapitalı isə 417 milyon 21 min manata bərabər olub ki, bu da 2022-ci ilin göstərici ilə müqayisədə 62 milyon 96 min manat və ya 13% azdır.

MMC-nin əvvəldən qalan bölüşdürülməmiş mənfəəti 8 milyon 101 min manat, başqa sözlə 35% artaraq 31 milyon 362 min manata yüksəlib.

Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Şirkət 100 milyon manat nizamnmaə kapitalına malikdir.

Direktoru -Fərhad Təhməzovdur.


MİDA-nın xalis mənfəəti azalıb
MİDA-nın xalis mənfəəti azalıb
MİDA-nın xalis mənfəəti azalıb

Geri qayıt