Əsas Səhifə > Güney Press, Üst manşet > `Xəzri` restoranında camaatı ZƏHƏRLƏYİRLƏR
`Xəzri` restoranında camaatı ZƏHƏRLƏYİRLƏR17-09-2024, 09:04 |
"Şikayətim "Neftçilər"də yerləşən "Xəzri" restoranındandır". Dia-az.İnfo bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur. Narazı vətəndaş daha sonra yazır: "İş yoldaşımla səhər yeməyinə gedib zəhərlənmişik. 1 həftədi hər ikimiz yemək yeyə bilmirik, üzr istiyirəm qaytarırıq, qızdırma və müalicə alırıq heç bir xeyri yoxdu. Evə gəldiyimizdən 5-6 saat sonra simptomlar başladı. Restoranda bizdən başqa 1 ailə var idi, onlar da şikayət edib çıxdılar. Kaş biz də yeməzdik, pomidor yumurtaya baxanda köhnə olduğu bilinirdi, stola qoyulan hər şey qurumuşdu dünəndən qalmışdı. Burda paylaşmağımın məqsədi, reklamlara inanmayın, bildiyiniz restoranlara gedin ancaq. Bir də köməklik edərdiz, bu barədə hansı quruma şikayət edə bilərəm? İstəyirəm dövlət qurumları yoxlama keçirtsin, insanları bu günə qoymağın cəzasını çəksinlər və diqqətli olsunlar..." Geri qayıt |