Əsas Səhifə > Güney Press, Üst manşet > Burda müştəriləri BELƏ ALDADIRLAR...

Burda müştəriləri BELƏ ALDADIRLAR...


17-09-2024, 08:53
Burda müştəriləri BELƏ ALDADIRLAR...
"14 avqust tarixində Bytelecom mağazasından İphone 15 pro max 256 Gb mobil telefonunu taksit kartı ilə əldə etmişəm. Mağazada əməkdaş cihazı qutudan çıxarıb yandırdıqda dərhal telefonda yüngül isinmə oldu. Deyildi ki, yenilənmədən sonra bu hal olmayacaq. Aldığım gündən onu 3-4 dəfə 10-15 dəqiqəlik istifadə etdim, heç bir əmtəə görünüşündə qüsur mövcud deyildir". Bu barədə Dia-az.İnfo-ya müraciətində Bakı sakini Elina Əhmədova giley edir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Yenilənmə etdim və o proses zamanı, eyni anda kamera çəkilişi etdikdə ilk dəqiqədən cihazda əli yandıracaq dərəcədə isinmələr olurdu. Bu cihazı 14 günü keçmədən dəyişib və ya qaytarılması üçün təhvil verdim. Hətta mağazanın Xəqani ticarət mərkəzində yerləşən texniki servis mərkəzinə təhvil verdikdə, telefonun çəkilişi zamanı isinməsini yenidən test etdim, əməkdaşda görüb bu halın baş verməsini təsdiqləmişdir. 14 gün ərzində məlumatın veriləcəyi deyildi və nəhayət 14-cü gündə eyni əməkdaş mənlə əlaqə qurdu, cihazda qüsurun aşkar olmadığını və cihazın dəyişilməsi mümkün olmadığını bildirmişdir. Təbii ki, bu cihazda qüsurun olduğunu və bunuda yerindəcə özünə də sübut etdiyimi bildirdim. Bununla razı olmadığımı və iradımı kimə bildirəcəyimi soruşduqda, deyildi bizdən telefonu təhvil alıb, İspace servis mərkəzinə müraciət edə bilərsiniz.
Dərhal 1saat sonra cihazı təhvil alıb, həmən axşam yaxınlaşdım İspace servis mərkəzinə. Deyildi bu cihaz bizdə olmayıb, talonu təqdim etdikdən sonra nəhayət əməkdaş onlarda bu telefonun olduğunu bildirdi, heç bir problemi olmadığını bildirdi, qeyd etdim ki, qüsur olmasaydı niyə dəyişməliyəm, bir haldakı özüm bu məhsulu almaq istəmişəm. Yenidən diaqnostika olunması üçün təhvil alındı, təxmini 3-4 gün keçib, yenədə mənə nağıl danışaraq məhsulda heç bir problemin olmadığını, ekranına isinməsinə görə işarə və ya bildiriş gəlmədiyi bildirilir. Mən 2 dəqiqə çəkiliş etmədən bu telefon dəhşətli dərəcədə qızırdısa artıq qorxumdan daha çox istifadə etməyib, söndürürdüm, əks halda dəqiqə artıqca cihaz daha da isinirdi və əlimdə partlayacağından və ya bunu kimi hər hansısa fiziki zədənin almasından qorxurdum. Bu hal olduqda kim cavabdeh olacaq hər şeyə?!
Mən cihazı qorxa-qorxa işlətməkçün, 3000+ AZN pulumu küçəyə atmaq üçün, doğru dürüst onu günlərlə heç işlədə bilmədiyim üçün, servislərdə günlərlə başına nə gətirildiyini, açılması üçün almamışdım. Elə isə neyniyirdim yenisini, ikinci əl telefon alardım.
Mənə hər dəfə 14 günümu keçməyi üçün vaxt uzadıb, bəhanələr uydurdular.
Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, alıcı alış etdiyi günün növbəti günündən etibarən 14 gün müddətində, əmtəə görünüşü pozulmadan, gigiyenik məhsul, oyuncaq, kosmetika malları və s. olmadıqda, dəyişib və ya qaytarılması hüququnu həyata keçirə bilər.
Bu hüquqları pozan sahibkar, mağaza sahibi, konkret məsul, vəzifəli şəxs bilməlidir ki, törətdiyi əmələ görə məhkəmə qaydasında mülki və inzibati, hətta cinayət məsuliyyətinə cəlb edilə bilər.
Hüquqları pozulmuş istehlakçı mülki qaydada məhkəməyə müraciət etməklə təkcə dəymiş zərəri deyil, eyni zamanda mənəvi ziyanın da kompensasiya olunmasını, məcburi şəkildə maddi təzminat alınmasını tələb edə bilər.
İnzibati Xətalar məcəlləsinin 447-ci maddəsi istehlakçıların inzibati məsuliyyətə səbəb olacaq hüquqlarının pozulması hallarını və bu cür pozuntulara görə tətbiq edilə biləcək cərimələrdə vardır. Bytelecom eyni zamanda cinayət Məcəlləsinin “İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma” adlanan 200-cü maddəsinə nəzər yetirsəniz yaxşı olar.
Bunlara baxmayaraq özünüzdən qanun yazırsınız hansı ki, heç bir mağazada yoxdur və bu icad etdiyiniz qanunda deyirsiniz: Əgər istehsalçı qüsuru olmazsa (cihazın qutusu açılıbsa, aktivləşibsə hansı ki, mağazada müştəriyə təhvil verdikdə istər istəməz bu olur) məhsulu qaytarmaq üçün 10% komissiya tutulur. Nəzərinizə də çatdırım ki, komissiya xidmət haqqı deməkdir və bu xidməti mağaza müştərinizə siz göstərməlisiniz, vəzifə borcunuzdur.
Bu məsələ havada qalmayacaqdır.
Ölkəmizdə haqq ədalət vardır, inanıram ki, hüquqlarımız qorunacaqdır və heç kəs əziyyətlə qazandıqlarımızın haqqına girməyəcəkdir..."

Geri qayıt