Əsas Səhifə > Güney Press > Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq?
Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq?16-09-2024, 19:02 |
Bu il Salyan rayonunda 250 hektar sahədə şəkər çuğunduru əkilib. Bu barədə Salyan Rayon Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, cari il təsərrüfat sahibləri tərəfindən əkilən 250 hektar şəkər çuğunduru sahəsindən 437 ton məhsul yığılıb. Maraqlıdır, şəkər çuğundurun əkilməsi marketlərdə qiymətləri ucuzlaşdıracaq? Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev "Cebheinfo.az"a açıqlamasında deyib ki, şəkər çuğundurun əkilməsi şəkərin qiymətini cüzi ucuzlaşdıra bilər: "Ölkəmizdə şəkər çuğunduru əsasən yarımfabrikat şəkildə Ukraynadan və Rusiyadan idxal edilir. Nəticədə şəkər çuğunduru fabriklərdə emal olunaraq ondan şəkər tozu əldə edirlər. Məhz onun da bir hissəsi istehlak bazarına daxil olur, digər hissəsi isə ixrac olunur". İqtisadçı bildirib ki, şəkər tozu istehsalının artması üçün xammal bazası formalaşmalıdır: "Ölkəmizdə şəkər çuğunduru istehsalı üçün bütün imkanlar mövcuddur. Lakin ölkəmizdə xammal bazası tam formalaşmadığı üçün əsasən Rusiyadan və Ukraynadan yarımfabrikat şəkər tozu idxal edirik. Bu da ölkədən əlavə valyuta çıxması deməkdir. Amma istehsalat davamlı olaraq artarsa, o zaman şəkər tozunun qiymətində cüzi də olsa, ucuzlaşma müşahidə edə bilərik". Ekspert qeyd edib ki, şəkər çuğunduru istehsalı artarsa, ölkəmiz şəkər tozunu ixrac edə bilər: "Şəkər çuğundurun istehsalı üçün 250 hektar ərazi əkilməsi ciddi rəqəm deyil. Bu rəqəm 1000 hektarı və ya daha çox ərazini əhatə edərsə, o zaman ölkəmiz şəkər çuğunduru istehsalçısı kimi qonşu dövlətlərə, əsasən də Yaxın Şərq ölkələrini şəkər çuğunduru ilə təmin edə bilər. Bu da ölkəmizin gəlirlərin artması deməkdir". Geri qayıt |