Əsas Səhifə > Güney Press > "Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək"

"Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək"


16-09-2024, 15:39
"Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək"
Azərbaycan yalnız onun üçün uyğun olan yerdə sərhədləri müəyyən edəcək.

Teleqraf.com xəbər verir ki, bunu revanşist “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan sərhədlərin delimitasiyası komissiyalarının əsasnaməsini şərh edərkən deyib.

Onun iddiasına görə, əsasnamə parlament tərəfindən təsdiqlənərsə, bu, Azərbaycanın Ermənistana təzyiq göstərməsi üçün əsas olacaq:

“Ən azı iki narahatedici məqam var. Birincisi, Almatı bəyannaməsi ilə bağlı bənddə dəyişiklik edilməsinin mümkünlüyünə, ikincisi isə delimitasiya və demarkasiyanın ayrı-ayrı yerlərdə həyata keçirilə biləcəyinə aiddir”.

Ermənistan hökuməti sentyabrın 5-də əsasnaməni təsdiqləyib. Sənəd sentyabrın 24-də baxılacaq Konstitusiya Məhkəməsinə göndərilib.

Geri qayıt