Əsas Səhifə > Güney Press > Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər

Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər


16-09-2024, 15:11
Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər
Səbail rayonu Bayıl qəsəbəsində yeni xəttə buraxılan avtobuslara hücum edilib.

Dia-az.İnfo Avtosfer.az-a istinadən xəbər verir ki, qəsəbədaxili fəaliyyət göstərən 56 nömrəli marşrutun sahibi Niyazı İsmayılov adlı şəxs bu gün yeni xəttə çıxan digər sahibkarın işinə əngəl olub.

Onun yeni xəttə buraxılan “Qazel” markalı avtobusların təkərlərini deşərək qarşı tərəfə maddi ziyan vurduğu bildirilir. Məlumata görə, sahibkar köhnə avtobuslarla xəttə çıxaraq sərnişin daşımağa davam edib.

Lakin bir qədər sonra N.İsmayılov polis tərəfindən saxlanılıb, təkərləri deşilmiş avtobuslar təmir edilərək xəttə buraxılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

Qeyd edək ki, AYNA tərəfindən sentyabrın 5-də keçirilən müsabiqədə 56 nömrəli şəhərdaxili (Bayıl yaşayış sahəsi – Səbail rayonu, Salman Mümtaz küçəsi) marşrut üzrə hüquqi şəxs “Xan Nəqliyyat” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər
Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər

Geri qayıt