Əsas Səhifə > Güney Press > Revanşist Andranik Tevanyan Donetskə getdi
Revanşist Andranik Tevanyan Donetskə getdi16-09-2024, 15:00 |
Ermənistanın revanşist və rusiyayönlü “Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan və rəhbərlik etdiyi nümayəndə heyəti ilk dəfə olaraq Ukraynanın işğal altındakı Donetsk bölgəsinə səfər edib. Musavat.com xəbər verir ki, onun bu səfərini həm rusiyayönlü erməni mediası, həm də Rusiyanın xəbər agentlikləri həvəslə işıqlandırıb. “Bu, görünməmiş səfərdir, çünki əvvəllər Ermənistanda heç bir siyasi qüvvə buraya gəlməyib. Bu səfərlə biz Ermənistan-Rusiya münasibətlərinin möhkəmlənməsinə tərəfdar qüvvələrin olduğu mesajını veririk”, - deyə Tevanyan jurnalistlərə bildirib. Onu “Vahid Rusiya” partiyasının Donetsk bölməsinin rəhbəri Valeri Skoroxodov da qəbul edib. Geri qayıt |