Əsas Səhifə > Güney Press > Bu hissədə olan iddia müddəti ən azı 3-5 il müddətində olmalıdlr...

Bu hissədə olan iddia müddəti ən azı 3-5 il müddətində olmalıdlr...


16-09-2024, 11:44
Bu hissədə olan iddia müddəti ən azı  3-5 il müddətində olmalıdlr...
Hesab edirəm ki, AR-nın Əmək Məcəlləsi ilə nəzərdə tutulan "İşçilərin pul və digər əmlak tələbləri" ilə əlaqədar-məhkəməyə müraciət etmək hüququ barədə olan maddi hüquq norması dəyişdirilməli, bu hissədə olan iddia müddəti ən azı 3-5 il müddətində olmalıdlr.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə İşçilərin: "Pul və digər əmlak tələbləri" ilə bağlı məhkəməyə müraciət etmək barədə iddia hüququnun - 1 il olmasını düzgün və ədalətli hesab etmirəm. Hesab edirəm ki, AR-nın Əmək Məcəlləsində olan bu hüquq norması, bir çox hallarda işlərin pozulmuş pul və digər əmək hüquqlarının bərpa olunmasını məhdudlaşdırır. Belə ki:
1. AR-nın Əmək Məcəlləsinə əsasən: "Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün" işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
2. Əlbəttə, işçilərin bu barədə olan öz əmək hüquqlarını bilməməsi - onlara bu sahədə, yəni, iddia müddətində güzəşt vermir. Lakin bir çox hallarda işçilərin: əmək haqqı barədə iddia hüququnu bilməməsi, pul barədə olan əmək hüquqlarını bilməməsi və ya əmək münasibətlərinfə olduğu müddətdə çalışdığı İşəgötürənlə olan əmək münasibətlərinin korlanmaması, ondan qorxması, çəkinməsi və digər hallar və səbəblərdən məhkəməyə müraciət edə bilmir. Bu isə ən sonda: işçinin haqqı və hüququ olduğu, qazandığı və halal əməyi və haqqı olduğu pulu ala bilməməsi ilə nəticələnir.
3. Qeyd olunan iddia müddəti ilə əlaqədar - işçilərin məhkəməyə müraciət etmə hüququ tarif maaşı olan hissəsində çox az olur və bu barədə mübahisələrə az rast gəlinir.
4. Bu hissədə iddia müddəti özünü daha çox aşağıdakı sahələrdə göstərir, işçilərin əmək hüquqlarını məhdudlaşdırır: İşçilərin əmək məzuniyyəti pulu, istirahət və bayram günləri işə görə, normadan artıq işə ödəniş, axşam və gecə saatlarında işə görə, zərərli işə görə, dəniz əmsalına görə ödəniş, son haqqhesab, ezamiyyə və sair sahələrdə.
5. Hər hansı bir üzrsüz səbəbdən 1 illik iddia müddətinii buraxan işçi: qazandığı, qanunla haqqı olan ödənişləri - işəgötürənun təqsiri üzündən ala bilmədikdə, məhkəməyə İddia ərizəsi ilə müraciət edərək öz halal əmək haqqını, iddia müddətini buraxma səbəbi ilə məhkəməfə iddia qaldırmaqla ala bilmir.
6. Bu sahədə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi də aşağıdakı normaları nəzərdə tutur: Hüququn müdafiəsi haqqında tələb - iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
Məhkəmə tərəfindən: iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılan anadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
7. Göründüyü kimi, iddia müddətinin ötməsi səbəbi ilə məhkəmə icraatına qəbul olunmuş İddia ərizəsi belə, iddia müddətinin ötməsi əsası ilə təmin olunmayacaq. İşçinin əmək və ya pul alma hüququnun açıq aşkar pozulması halları müəyyən olunsa belə.
8. İşçi ilə işəgötürən arasında əmək münasibətləri də müqavilə münasibətləridir.
Qüvvədə olan Əmək Məcəlləsi bu müqavilə münasibətləri üçün iddia müddətini 1 il nəzərdə tutur. Lakin, AR-nın Mülki Məcəlləsi bu sahədə olan iddia müddəti daha çox müsbətdir. Belə ki, AR-nın Mülki Məcəlləsinə əsasən: Müqavilə tələbləri üzrə - 3 il iddia müddəti nəzərdı tutur.
Göstərilənləri əsas tutaraq hesab edirəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan "İşçilərin pul tələbləri" ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ barədə olan maddi hüquq norması dəyişdirilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinfı olduğu kimi ən azı 3-5 il müddətində olmalıdlr.

Müəllif: Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - Dia-az.İnfo

Geri qayıt