Əsas Səhifə > Güney Press > Qarabağda antiterror tədbirlərinin aparılması vacib və labüd idi

Qarabağda antiterror tədbirlərinin aparılması vacib və labüd idi


16-09-2024, 10:20
Qarabağda antiterror tədbirlərinin aparılması vacib və labüd idi
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı
Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın
imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz
30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə
başladı və bu ərazilərdən didərgin düşmüş soydaşlarımızın doğma
yerdlarına qayıdışlarına start verildi. Bu gün azad edilən ərazilərdə geniş
quruculuq işləri həyata keçirilir və bu işlər günü-gündən daha geniş vüsət
alır.
Təəssüflər olsun ki, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq
Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin bir hissəsi hələ də qalmaqdadır və onların mövcudluğu
regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi.
Öz mənfur əməllərindən əl çəkməyən Ermənilər Qarabağ ərazisində
müxtəlif provokasiyalara əl atır, mütəmadi olaraq Azərbaycan Ordusunun
mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutur,
ərazilərimizin minalanmasını davam etdirir, döyüş mövqelərinin mühəndis
cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının
artırılmasına cəhdlər edirdilər. Son vaxtlarda bu qeyri-qanuni birləşmələr
tərəfndən Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat
fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq
minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat
məqsədilə yenidən minalanması kimi əməllər daha çoxalmışdı. Həmçinin
düşmən tərəfindn döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya
qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək
döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin
yaradılması müşahidə olunurdu.
Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı
terror siyasətinin davamı olaraq sentyabrın 19-da Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-
diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda
terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi
sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat
vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları
tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız
həlak olub və yaralanıb.
Bütün bu genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan
silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən
çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan
azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə
cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin
olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa
edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror
tədbirlərinə başlanıldı.
Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş
nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək
dəqiqlikli silahların tətbiqi ilə məhv edilir. Bununla yanaşı ordumuz
tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız
legitim hərbi hədəflər sıradan çıxarılır.
Döyüş əməliyyatlarının aparıldığı ərazidə ordumuz humanizm
nümayiş etdirərək bu ərazilərdə yaşayan erməni əhalisinə dəfələrlə
müraciət edərək onların təhlükəsizliyinin təminatı üçün əlavə tədbirlər
həyata keçirir. Eyni zamanda Azərbaycan reinteqrasiya məsələlərini
müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan
erməni sakinlərin nümayəndələrini dialoqa dəvət etsə də onlar hər dəfə
bundan imtina ediblər. Ölkəmiz Qarabağ bölgəsində yaşayan erməni
sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bəyan edib.
Bildirilib ki, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni
silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli,
qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona
qədər davam etdiriləcəkdir.
Ona görə də ermənilər hazırki vəziyyəti düzgün dərk etməli,
Azərbaycan tərəfinin tələblərini qəbul etməlidirlər. Əks halda antiterror
tədbirləri davam etdiriləcək və silahlı müqavimətə cəhd edən düşmən
qəhrəman Azərbatcan əsgəri tərəfindən məhv ediləcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dia-az.İnfo

Geri qayıt