Əsas Səhifə > Güney Press > Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar
Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar15-09-2024, 12:04 |
Ermənistanın müdafiə nazirinin keçmiş müavini Alik Mirzəbekyan və ona yaxın olan şəxslər hökumətə 200 milyon dram (təxminən 500 min dollar – red.) ödəyəcəklər. Dia-az.İnfo Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb. Bildirilir ki, 2020-ci il oktyabrın 8-də A.Mirzəbekyan dövlət əmlakını mənimsəmədə ittiham edilib və barəsində istintaq başladılıb. 2024-cü ilin 30 avqust tarixində isə onunla razılaşma imzalanıb. Buna əsasən Mirzəbekyan və ona yaxın şəxslər hökumət büdcəsinə 200 milyon dram ödəyəcəklər. Həmçinin onların 5 daşınmaz əmlakı, 1 avtomobili, 12 bank depoziti və istiqrazlarını təhvil verəcəyi açıqlanıb. Qeyd edək ki, A.Mirzəbekyan 2016-cı ildə “Dördgünlük müharibə” adlanan hərbi toqquşmadan sonra – 26 aprel tarixində müdafiə nazirinin müavini vəzifəsindən azad edilib. Onun məhz bu döyüşlərdəki uğursuzluq səbəbindən qovulduğu bildirilib Geri qayıt |