Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Qərbi Azərbaycana qayıdış siyasəti NİYƏ MÜHÜMDÜR...

Qərbi Azərbaycana qayıdış siyasəti NİYƏ MÜHÜMDÜR...


15-09-2024, 10:37
Qərbi Azərbaycana qayıdış siyasəti NİYƏ MÜHÜMDÜR...
Qərbi Azərbaycana qayıdış xalqımızın mənəvi və tarixi haqqıdır. Qərbi Azərbaycan, indiki Ermənistan ərazisi azərbaycanlıların minilliklər boyu yaşadıqları torpaqlardır. Tarixən bu bölgədə azərbaycanlılar geniş şəkildə məskunlaşıb, öz mədəniyyətlərini, ənənələrini qoruyub saxlayıblar.

Lakin XX əsrdə baş verən faciəli hadisələr nəticəsində, xüsusilə 1948-1953-cü illərdə və 1988-ci ildə Ermənistan tərəfindən azərbaycanlılar öz tarixi yurdlarından kütləvi surətdə deportasiya ediliblər. Bu deportasiyalar və etnik təmizləmə aktları xalqımızın haqqını və mənəvi hüququnu pozub. Azərbaycan xalqı tarixi ədalətin bərpasını və Qərbi Azərbaycana dinc qayıdışı tələb edir. Bu, təkcə ərazi məsələsi deyil, həm də mədəniyyətimizin, tariximizin və ənənələrimizin yenidən dirçəlişidir. Prezident İlham Əliyev dəfələrlə bu məsələni vurğulayaraq bildirib ki, azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaq və bu proses beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh və ədalət yolu ilə həll olunmalıdır. Ermənistanda revanşist qüvvələr Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalar yayırlar. Bununla əlaqədar Qərbi Azərbaycan İcması bəyanat qəbul edib. Bəyanatda qeyd olunur: “Ermənistan hökuməti üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq”. Ümumiyyətlə, nəinki Ermənistan, bir sıra hallarda hətta beynəlxalq ictimaiyyət də azərbaycanlıların və ermənilərin qayıdış hüququna ədalətli yanaşmır. Belə ki, ermənilərin Qarabağa qayıdış məsələsi qabardıldığı halda, azərbaycanlıların perspektivdə Qərbi Azərbaycana - tarixi torpaqlara qayıtması barədə bir kəlmə də deyilmir. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tamamilə beynəlxalq hüquqa uyğun olmaqla həm də tarixi ədalətin bərpasıdır. Üstəlik, Qərbi Azərbaycan, o cümlədən Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan yerləşdirilib. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili, profüssor Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması beynəlxalq hüquqla əsaslandırılmış xüsusi konsepsiya şəklində mövcuddur.

Deputat deyib ki, Qərbi Azərbaycana qayıdış bir sülh konsepsiyasıdır:

"Beynəlxalq hüquqdan kənar burada heç bir əsaslandırma yoxdur. Ona görə də ermənilər Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasını milli təhlükəsizliklərinə "təhdid" kimi gördükləri üçün ona müxtəlif formada don geyindirərək "ərazi iddiası" kimi qəbul edirlər. Amma dünyanın heç bir yerində qeyri-hökumət təşkilatı başqa bir ölkəyə ərazi iddiası ilə çıxış edə bilməz. Ermənilər məhz İcmanın fəaliyyətini Azərbaycanın Ermənistana "aqreasiyası" kimi təqdim etməklə Azərbaycanı beynəlxalq hüququ pozmağa cəhd edən tərəf kimi göstərməyə çalışırlar. Azərbaycanın Ermənistana "ərazi iddiası" olduğunu deyirlər. Bu da həm siyasi nöqteyi nəzərdən, həm də hüquqi baxımdan Qərbi Azərbaycan İcmasının və rəsmi Bakının mövqeyinin siyasi baxımdan şantaj edilməsidir. Məsələ ondadır ki, Azərbaycan Ermənistanın 1987-1991-ci ilədək Ermənistan vətəndaşı olmuş, orada mal-mülkə, digər hüquqlara sahib olan azərbaycanlıların və yeni nəsillərin geri qayıtmasını qəbul etməzsə, şübhəsiz ki, Qərbi Azərbaycan İcmasə yeni təşkilatlanma haqqında düşünə bilər. Bununla bağlı İcmanın bəyanatı var. Yeni forma İcma statusundan daha ciddi təşkilatlanmaya, institutlaşmaya doğru gedə bilər. İrəvan bunu istəmirsə, yaxşı olar ki ə, mütləq Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasını normal beynəlxalq hüquqi prosedur kimi görsünlər və bununla bağlı müvafiq qərarlar qəbul etsinlər".
Geri qayıt