Əsas Səhifə > Güney Press > Pekin Berlini hədələyib
Pekin Berlini hədələyib14-09-2024, 18:14 |
Çin alman donanmasının iki gəmisinin Tayvan boğazından keçməsini pisləyərək, bunun təhlükəsizlik risklərini artırdığını və “yanlış” siqnal göndərdiyini bildirib. AzVision.az “Reuters” agentliyinin yayadığı məlumata istinadən xəbər verir ki, Çinin Şərq Hərbi Dairəsinin komandanlığı öz qüvvələrinin Almaniyanın gəmilərini izlədiyini və onlara xəbərdarlıq etdiyini açıqalayıb. Tayvanı öz qanuni ərazisi sayan Çin, boğaz üzərində suverenlik və yurisdiksiyanı tək onun həyata keçirdiyini iddia edir. ABŞ və Tayvan isə, dünyanın konteyner gəmilərinin təxminən yarısının keçdiyi əsas ticarət yolu rolunu oynaya boğazın beynəlxalq su yolu olduğu barədə iddia qaldırırlar. Bu baxımdan, Çin komandanlığı iki alman gəmisinin boğazdan keçidini “ictimai təbliğat” kimi qiymətləndirib. “Alman tərəfinin davranışı təhlükəsizlik risklərini artırır və yanlış siqnal göndərir. Qoşunlarımız daim yüksək döyüş hazırlığı vəziyyətindədir, istənilən təhdid və təxribatlara qətiyyətlə müqavimət göstərəcək”, - Pekinin bəyantaında deyilir. Çinin Almaniyadakı səfirliyinin ayrıca yaydığı bəyanatda Tayvan məsələsinin “naviqasiya azadlığı” mövzusu yox, Çinin suverenliyi və ərazi bütövlüyü məsələsi olduğu vurğulanıb. Səfirlik bildirib ki, Tayvan boğazı Çin sularıdır, “beynəlxalq sular” deyilən anlayış isə həmin ərazidə ümumuiyyətlə mövcud deyil. Çin Almaniyanı ikitərəfli münasibətlərin sağlam və sabit inkişafına xələl gətirə biləcək hər hansı “müdaxilədən” çəkinməyə çağırıb. Geri qayıt |