Əsas Səhifə > Güney Press, Ana xəbərlər > "Ermənistana təhlükə Azərbaycandan daha çox Rusiyadan gəlir...”

"Ermənistana təhlükə Azərbaycandan daha çox Rusiyadan gəlir...”


14-09-2024, 13:56
"Ermənistana təhlükə Azərbaycandan daha çox Rusiyadan gəlir...”
“Mən kommunikasiyaların açılması məsələsində Ermənistan üçün Rusiyadan daha böyük təhlükə görürəm, nəinki Azərbaycandan”.

Moderator.az xəbər verir ki, regional məsələlər üzrə ekspert Armen Petrosyan “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində belə deyib.

“Azərbaycana indiki mərhələdə Ermənistana hərbi təcavüz lazım deyil. Rusiya isə gözlənilməzdir; xüsusən də Ukraynada artıq qaydaları pozduğuna görə, niyə Ermənistanda bunu etməsin?

Zəngəzur yolunun 10 noyabr bəyanatına uyğun açılması götürülməsi Türkiyə və Azərbaycanın maraqlarına uyğun deyil. Lakin həmin yolun Rusiyanın nəzarəti altında olması, onlar üçün Ermənistanın nəzarətində olmasından daha məqbuldur. Onlar Qarabağda razılaşdıqları kimi, ruslarla razılaşa bilirlər. Ermənistanın nəzarətində olacaq yolda isə daha çox məhdudlaşdırıcı tədbirlər görünür: supergüclər, beynəlxalq münasibətlər”, - deyə erməni ekspert qeyd edib.

Geri qayıt