Əsas Səhifə > Güney Press > Şvabe kimilərinə maliyyə erməni diasporasından gəlir

Şvabe kimilərinə maliyyə erməni diasporasından gəlir


13-09-2024, 17:38
Şvabe kimilərinə maliyyə erməni diasporasından gəlir
Qərb ölkələri tərəfindən Azərbaycana qarşı qərəzli kampaniyalar onların sanki siyasi gündəliyinin əsas mövzusudur. Bynəlxalq tədbirlər ərəfəsində Qərb ölkələri Azərbaycana qarşı beynəlxalq informasiya məkanında hücuma keçir. Eurovosion müsabiqəsi, Avropa Oyunları, İslam Oyunları, Formula-1-in yarışları ərəfəsi eyni proseslər müşahidə edilmişdir. Onlar belə addımlar atmaqla Azərbaycanın imicinə kölgə salmağa çalışırlar.

Həmin təlimatları yerinə yetirən isə Frank Şvabe kimi xırda məmurlardır. Qərb siyasi elitası onlardan istifadə edərək öz çirkin niyyətlərini həyata keçirirlər. Belə ki, Frank Şvabe Azərbaycana qarşı sərt çıxışı ilə yenidən gündəmə gəlib. O, son çıxışlarında yenidən Azərbaycanda “siyasi məhbusların” azad olunmasına çağırış edib. Halbuki Azərbaycanda siyasi məhbuslar yoxdur. Şvabe illərlə erməni lobbisinin təsiri altında olmaqla, Qarabağ ermənilərinin hüquqları barədə danışdığı halda bir dəfə də olsun, Qarabağda qondarma rejim və işğalçı Ermənistan tərəfindən törədilmiş dağıntılar və Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların ora qayıdış hüquqlarının 30 il ərzində taptalanması barədə bir söz də deməyib. Bu fakt özlüyündə onun nə dərəcədə qərəzli və erməni lobbisinin maraqlarına xidmət edən şəxs olmasını göstərir. Görünən odur ki, yeni hücum dalğası COP29-la bağlıdır. Onlar bu mühüm tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin qarşısında Azərbaycanı növbəti dəfə qaralamaq məqsədi güdürlər.

Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Frank Şvabe və onun həmfikirləri zaman-zaman Azərbaycana qarşı belə ittihamlarla çıxış edirlər:

“Təəssüflər olsun ki, Avropa təşkilatlarından və siyasətçilərindən Azərbaycana qarşı qərəzin şahidi oluruq. Bu hadisələr xüsusilə də Azərbaycanda mötəbər tədbirlərin keçirilməsi ərəfəsində baş tutur. Hətta Şvabe Almaniyanın ictimai kanalında Azərbaycan əleyhinə geniş çaplı filmin çəkilməsində iştirak edib. Bunların hamısı Azərbaycana qarşı olan nifrətin göstəricidir. Eyni zamanda erməni diasporasından Şvabe və digərlərinə gələn maliyyədən qaynaqlanır. Erməni diasporasının göndərdiyi maliyyə ilə belə prosesləri idarə etməyə çalışırlar. Təbii ki, bu həmin siyasətçinin olduğu ölkənin də adına baş ucalığı gətirmir. Onların belə addımları Cənubi Qafqazda sabitliyə xələl gətirir. Digər tərəfdən müxtəlif ölkələr və təşkilatların da ölkəmizə qarşı qərəzli mövqeyinin şahidi oluruq. Bəzi Qərb ölkələri haqsızcasına Azərbaycanı ittiham edirlər. Azərbaycanda faktiki olaraq həbsdə olan şəxslər var. Həmin şəxslərin hərəkətlərində qanun pozuntusu varsa, məhkəmə tərəfindən onlar barədə müvafiq hökm veriləcək. Əgər həmin şəxslər haqqında qanun pozuntusu aşkarlanmasa azad olunacaqlar. Azərbaycan dövləti sözügedən məsələ ilə bağlı hümanist mövqeyini mümkün qədər istifadə etməyə çalışır. Şvabe niyə Teleqramın rəhbəri Pavel Durovun həbsinə, Fransada etirazçıların döyülməsinə, Ermənistanda müxalifətçilərin həbs olunaraq öldürülməsinə münasibət bildirmir?" Çünki Şvabe kimilərinə maliyyə erməni diasporasından gəlir deyə maksimum şəkildə Azərbaycana qarşı qərəzli çıxışlar edir. Bir siyasətçinin belə hala düşməsi biabırçılıqdır".

Geri qayıt