Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycan tarixində heç vaxt bu qədər boşanma olmayıb
Əsas Səhifə > Güney Press > Azərbaycan tarixində heç vaxt bu qədər boşanma olmayıb

Azərbaycan tarixində heç vaxt bu qədər boşanma olmayıb


13-09-2024, 17:33
Azərbaycan tarixində heç vaxt bu qədər boşanma olmayıb
Bu ilin ilk 8 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma halları qeydə alınıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 8,2% (2 354 nikah), boşanmaların sayı isə 1,9% (240 boşanma) azalıb.
Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb.
Rəqəmlərdən də göründüyü kimi 1992-ci ildə boşananların sayı nikahların sayından 7,3 dəfə az olduğu halda, bu ilin ilk 8 ayında boşananların sayı nikahların sayından cəmi 2,2 dəfə az olub.
Boşanma və nikahlar arasındakı ən böyük fərq isə 2006-ci ildə qeydə alınıb. Belə ki, 2006-ci ildə Azərbaycanda 79 min 443 nikah, 7 min 817 boşanma olub və nəticədə boşanmaların sayı nikahların sayından 10,2 dəfə az olub.
1991-ci ildən sonra qeydə alınan nikah və boşanmaların sayı ilə onlar arasındakı fərq bu cür olub:

Azərbaycan tarixində heç vaxt bu qədər boşanma olmayıb

Geri qayıt