Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Tələbələr təhsil kreditini hansı şərtlərlə əldə edə bilərlər

Tələbələr təhsil kreditini hansı şərtlərlə əldə edə bilərlər


13-09-2024, 16:00
Tələbələr təhsil kreditini hansı şərtlərlə əldə edə bilərlər
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Universitetə yeni qəbul olan abituriyentlər universitet həyatını həyəcanla gözləsə də, ailələrinin illik təhsil haqqı ödənişləri ilə bağlı narahatlıqları az deyil. Onları maraqlandıran əsas suallardan biri isə təhsil kreditini hansı şərtlərdə əldə edə biləcəkləridir. Bəs görəsən tələbələr təhsil kreditini hansı şərtlərlərlə əldə edə bilərlər ?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, tələbələrə təhsil krediti universitetdəki qiymət ortalamalarına əsasən verilir:

"Son illərdə Azərbaycan təhsilinin ən uğurlu layihələrindən biri tələbə təhsil kredit fondudur. Bu doğurdan da tam zamanında atılmış bir addım oldu. Fondun uğurlu fəaliyyəti bir çox tələbələrə kömək edib. Şəxsən mən özüm bir çox tələbəyə fondun kreditindən yararlanmaqda yardımçı olmuşam. Fondun şərtlərini çox çətin hesab etmirəm. Azərbaycan təhsilində bəyəndiyim 3 islahat varsa biri də tələbə təhsil kredit fondudur.

1-ci kursdan tələbələrə təhsil kredeti verilmir. Bunun səbəbi isə ilk il ərzində tələbənin qiymət ortalaması əsas götürülməsidir. Əgər tələbənin ortalaması 71 baldan yuxarıdırsa, o zaman ikinci kursdan etibarən kreditdən istifadə edə bilir. Tələbələrə 1-ci kursdan etibarən kredit verilməsi üçün bu qayda ləğv olunmalıdır. Bunun isə düzgün addım olacağını düşünmürəm. Əmin ola bilərsiz ki, fondun bu strategiyası bir çox tələbəyə maddi yardımla yanaşı, həm də onlara dərslərini yaxşı oxuması üçün motivasiya verir".

Geri qayıt