Əsas Səhifə > Güney Press, Ana xəbərlər > "Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasında olan Ermənistanla bizi sülh imzalamağa tələsdirirlər"
"Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasında olan Ermənistanla bizi sülh imzalamağa tələsdirirlər"13-09-2024, 15:55 |
Azərbaycan İran üzərindən kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görür. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə müsahibəsində deyib. Ayxan Hacızadə bildirib ki, Ermənistan üçtərəfli bəyannaməni təhrif edir: "Bu da bizdə təəssüf doğurur. Üçtərəfli sənədin 9-cu bəndində kommunikasiyaların açılması ilə bağlı konkret öhdəliklər var. Əgər Ermənistan hazırkı mövqeyində təkid edirsə, Azərbaycanın alternativ variantları var. Onlardan biri də İran üzərindən müvafiq kommunikasiya xətlərinin çəkilməsidir. Bu istiqamətdə müvafiq işlər gedir. Ermənistan özünü təcrid etmək siyasətini davam etdirirsə, bu, onun öz seçimidir. Bu seçim onların xeyrinə deyil”. “Ağ Partiya” sədrinin müavini , politoloq Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Zəngəzur dəhlizindən imtina etməməlidir. “Biz güclü tərəf, müharibədən qalib çıxan tərəf olaraq, öz prioritet, strateji, geopolitik hədəfimizdən imtina etməməliyik. Biz bundan imtina etsək, “İrandan ərazi var” və s. desək, onda belə çıxır ki, İranın təhdidləri qarşında geri çəkilmiş oluruq. İran isə, Ermənistanın istəklərini yerinə yetirmək istəyir. Bu da qətiyyən qəbulolunmazdır. Bizim mövqeyimiz budur. Azərbaycan bu məsələdə Ermənistanın üstünə getməlidir. Ermənistan konstitusiyasında dəyişiklik edilməyənə qədər, ümumiyyətlə Azərbaycan Ermənistanla niyə sülh müqaviləsi imzalamalıdır? Ermənistanın konstitusiyasında hal-hazırda Azərbaycan və Türkiyəyə qarşı rəsmi şəkildə ərazi iddiaları var. Ermənistanın gerbində Ağrı dağı var. Bu dağ da Türkiyənin ərazisindədir. Yəni siz təsəvvür edə bilirsinizmi, Azərbaycan götürür gerbində Təbriz və yaxud Dərbənd qalasını qoyur. Buna Rusiya ilə İran necə yanaşar? Ümumiyyətlə, BMT-də Ermənistandan başqa hansısa bir ölkə varmı ki, onun gerbində başqa ölkənin ərazisi təsvir olunsun? İnanın ki, yoxdur. Bu, analoqu olmayan bir şeydir. Bütün bunlara rəğmən Qərb üstümüzə düşüb ki, Ermənistan ilə sülh müqaviləsi imzalayın və bizi haqsız tərəf göstərirlər. Halbuki aqressor, 30 il torpaqlarımızın bir hissəsini işğalaltında saxlayan və hələ də bizə, qardaş Türkiyəyə qarşı ərazi iddiasında olan, gerbində də bu ərazi iddiasını utanmadan göstərən Ermənistandır”-deyə Əhəd Məmmədli bildirib. "Biz sülhü kiminlə imzalayaq?" Politoloq deyir ki, ərazi iddiası ilə çıxış edən tərəflə, sülh imzalamaq nə dərəcədə düzgündür? “Sülh imzalanandan sonra referendum keçirələcəkmi? Bəlkə yenə yalan danışacaq? Necə ki, Paşimyan iqtidara təzə gələndə yalan danışmışdı, Əliyevdən möhlət istəmişdi, bir ildən sonra dedi ki, “Qarabağ Ermənistandır nöqtə”. Biz bu cür dövlətə, bu cür iqtidara ,bu cür xalqa necə etibar edə bilərik? Deyilir ki, sülh müqaviləsinin 80 faizi razılaşdırılıb. Nəyə razılaşmışıq? Bu bizim üçün qırmızı çizgidir. Necə Ermənistan demir ki, “Zəngəzur bizim üçün qırmızı çizgidir”. Azərbaycanla Türkiyə bir yerdə eyni deməlidir ki, “Ermənistanın konstitusiyası bizim üçün qırmızı cizgidir. Ora Zəngəzur da daxildir”. Onların qırmızı cizgiləri ola bilər, bizə hədə -qorxu gələ bilərlər, təhdid edə bilərlər. Biz edə bilmərik? Bəs Türkiyə ilə deklarasiya niyə görə imzalamışıq? İmzalaşmışıq ki,Türkiyəni yanımıza alaq, necə ki Qarabağ müharibəsində yanımızda idi, bu məsələdə də yanımıza alaq, Zəngəzura doğru addımlayaq. Prioritet bu olmalıdır. Azərbaycan bundan da çəkinməməlidir. Aqressoq sülhə təhrik eləyir məni, aqressor hələ sülhə təhrik edilməyib. Aqressorun da sülhə təhrik edilməsinin bir yolu var, o da güc yoludur”-deyən politoloq bildirib ki, 30 il Ermənistanla danışırıqlar aparmışıq, heç nəyə nail olmamışıq. Amma güc tətbiq edən kimi nail olmuşuq. Deməli əgər bu yenə də ağıllanmayıbsa o güc tətbiqi davam etməlidir. Geri qayıt |