Əsas Səhifə > Güney Press > Qobustan qəsəbəsində səyyar qəbul keçirilib

Qobustan qəsəbəsində səyyar qəbul keçirilib


13-09-2024, 15:31
Qobustan qəsəbəsində səyyar qəbul keçirilib
13 sentyabr 2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı
Süleyman Mikayılovun Qobustan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü
keçirilmişdir.
Qəbulda Qobustan qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 60-a yaxın qəsəbə sakinləri iştirak etmişdir.
Sakinlərdən 17 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı
Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların
rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata
keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov
tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

Dia-az.İnfo

Qobustan qəsəbəsində səyyar qəbul keçirilib
Qobustan qəsəbəsində səyyar qəbul keçirilib
Qobustan qəsəbəsində səyyar qəbul keçirilib

Geri qayıt