Əsas Səhifə > Güney Press > "5-10 il bundan əvvəlki dərsliklərimizdə olan problemlər hazırda yoxdur"
"5-10 il bundan əvvəlki dərsliklərimizdə olan problemlər hazırda yoxdur"13-09-2024, 15:30 |
Orta və ali məktəblərdə dərslər başlayır. Bir neçə dəfə alimlər , təhsil işçiləri , eləcə də Təhsil naziri Emin Əmrullayev də orta , ali məktəblərdə dərs kitablarının müasir səviyyəyə uyğun gəlmədiyini , keyfiyyətsiz olduğunu söyləyib. Bəs, indi vəziyyət necədir? Dərsliklərdə çatışmazlıqlar aradan qalxıbmı? Yeni dərs kitabları yazılıbmı ? Sualımızı cavblandıran təhsil eksperti Elşən Qafarov “Sherg.az”a bildirib ki, sovet dövründə dərsliklərin hazırlanması ilə bağlı müəyyən çətinliklər var idi: “Dərsliklərin böyük əksəriyyəti, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Azərbaycan dili və ədəbiyyatını çıxmaq şərti ilə digər dərsliklər sovet dərslikləri idi və oradan tərcümə edilirdi. Ancaq müstəqillik dövrümüzdən bəri, 2000-ci ildən başlayaraq dövlət məktəbləri dərsliklərlə pulsuz təmin edildi. Dərsliklərin hazırlanmasında müəyyən çətinliklərimiz var idi. Lakin son illər artıq bu çətinliklər surətlə aradan qalxmağa başladı. Bu gün biz açıq şəkildə deyə bilirik ki, 5-10 il bundan əvvəlki dərsliklərimizdə olan problemlər hazırda yoxdur. Dərsliklər təhsil sisteminin bir parçasıdır. İdeal dərslik olmur. Bu gün də təhsil proqramları yeniləndikcə, təhsil sistemində gedən islahatlar davam etdikcə dərsliklər də təkmilləşir. Hazırda deyə bilmərəm ki, dərsliklər keyfiyyətsizdir. Dərsliklərimiz kifayət qədər tələblərə cavab verir və yeni dərsliklərdə yazılır. Məsələn, son illərdə keçirilən təbiət dərsliyi yenidir. Ümumiyyətlə bütün dərsliklərin hazırlanmasında irəliləyişlər var. Eyni zamanda bizim dərsliklərlə bağlı Təhsilin İnkişafı üzrə Dövlət strategiyasında göstərilmiş variativlik yəni, müəllim və şagirdlərin dərslik seçimi eyni sinifdən olan eyni fənn üzrə bir neçə dərsliyin olması prosesinə hələ tam keçid edə bilməmişik. Bu sahədə də böyük işlər görülür. Düşünürəm ki, yaxın bir neçə ildə dərslik məsələsində variativlik də öz həllini tapacaq. Bildiyimiz kimi Nazirlər Kabinetinin 13 iyun 2024-cü il tarixində dövlət, bələdiyyə mülkiyyətində olan və publik hüquqi şəxs olan ümumi təhsil məktəbin nizamnaməsi təsdiq edilib. 2026-cı ildən başlayaraq publik hüquqi şəxs sisteminə keçidə başlayacağıq. Publik hüquqi şəxs sistemində məktəblərin özlərinində Elm və Təhsil Nazirindən qrif almaq şərti ilə dərslikləri ola da bilər. Bu prosesdən hələ ki, danışmaq tezdir. Bu gün dərsliklərlə bağlı ciddi problemlərimiz yoxdur. Dərsliklər hər zaman təkmilləşib və bundan sonra da təkmilləşəcək”. Geri qayıt |