Əsas Səhifə > Güney Press > Maya Sandunun prezident seçkilərində namizədliyi qeydə alınıb
Maya Sandunun prezident seçkilərində namizədliyi qeydə alınıb12-09-2024, 17:53 |
Moldovanın hazırkı rəhbəri Maya Sandunun oktyabrın 20-də keçiriləcək prezident seçkilərində namizədliyi qeydə alınıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar layihəsində deyilir. Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Vadim Filipov “Facebook” səhifəsində yayımlanan iclasda sənədi oxuyub. “Hərəkət və Həmrəylik Partiyası tərəfindən namizədliyi irəli sürülən Maya Sandu 2024-cü il oktyabrın 20-də keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alınsın”, - o qeyd edib. Geri qayıt |