Əsas Səhifə > Güney Press > Əməkdar artistin vəziyyəti ağırlaşdı,
Əməkdar artistin vəziyyəti ağırlaşdı,12-09-2024, 16:58 |
Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimovun səhhəti pişləşib. Bu barədə Lent.az-a teatrın məsul şəxslərindən olan İsmayıl Atakişiyev məlumat verib. O bildirib ki, 68 yaşlı aktyorun onurğasında 3 ay öncə xərçəng xəstəliyi aşkarlanıb. "Müalicə olundu, amma sağalmadı. İndi evdədir, həkimlər deyir ki, artıq edəcək heç nə qalmayıb. Nəfəs ala bilmir, vəziyyəti getdikcə ağırlaşır. Biz teatr olaraq tez-tez ona baş çəkirdik ki, bir az fikri dağılsın. Amma sağaltmağı bacarmadıq”,- deyə o bildirib. İsmayıl Atakişiyevin dediyinə görə, bu müddət ərzində teatrın rəhbərliyi, kollektiv aktyorun ailəsinə maddi dəstək göstərib. Geri qayıt |