Əsas Səhifə > Güney Press / Ana xəbər > Cüzi inflyasiya bütün ərzq növlərinə təsir edəcək

Cüzi inflyasiya bütün ərzq növlərinə təsir edəcək


3-04-2014, 15:49
Cüzi inflyasiya bütün ərzq növlərinə təsir edəcək
Martda ərzaq inflyasiyası cüzi olub – un (+25%), balıq (+15%), konservləşdirilmiş tərəvəz (15-20%) bahalanıb. Qoyun pendiri (+10%), qatığın da qiyməti qalxıb (+12%). Kələm 0,9-dan 1,3-1,5 manata, çuğundur, turp 0,5-dən 0,8-1 manata, göyərti 0,1-dən 0,15 manata bahalanıb.

Novruz öncəsi idxal meyvələri – alma (+30%) və sitrus (+20%), yerli qoz və fındıq da bahalanıb, bayramdan sonra əvvəlki qiymətlər bərpa olunub.

Ekspertlərə görə, unun bahalanmağı 3-cü rübdə qənnadı və un məmulatlarının bahalanmasına gətirib çıxaracaq.

Dövlətstatkoma görə, yanvar-fevralda istehlak qiymətləri illik hesablamada 2,1% bahalanıb, baza inflyasiyası 1,5% olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq 2,4%, qeyri-ərzaq malları 3,5%, pullu xidmətlər 0,2% bahalanıb.

Daha çox dəyişiklik fevralda olub. Rəsmi statistikaya görə, Novruzdan öncə kərə yağı (+12,5 %), pendir (+8,3%), süd (+9,9%), çay (+4,8), yumurta (+37,8%), duz (+7,1%), kartof (2 dəfə), soğan (+74,4%), kələm (+33,4%) və göyərti (+31,3%) bahalanıb.

Real inflyasiyaya bir neçə amil təsir edir. Daha çox hiss edilən yanacağın (+33%) bahalanmasıdır. Daha təsirli olan isə idxal və yerli kənd təsərrüfatı məhsullarının saxlanma və emalında inhisarçılıqdır.

Dövlətstatkomun inflyasiya hesablaması doğru olmaya bilər, çünki istehlak qiymətlərinin baza indeksinə əsaslanır. Bu zaman mövsümi amillər nəzərə alınmır. Azərbaycandakı inflyasiya barədə В«staqflyasiyaВ» termini uyğun gəlir. Bu zaman inflyasiya istehsaldakı durğunluq, məşğulluğun aşağı səviyyəsi və qiymət artımı ilə müşayiət edilir.

Geri qayıt